BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində VIII Respublika elmi konfransı keçirilib

27/04/2019

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” adlı VIII Respublika elmi konfransı öz işinə başlayıb.
Plenar iclası giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə Ekologiya və torpaqşünaslıq fakültəsinin əldə etdiyi elmi uğurlardan, konfransa təqdim edilən məqalələrin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra Coğrafi ekologiya kafedrasının müdiri professor Şövqi Göyçaylı “Azərbaycan ekologiyası son 100 ildə, XXI əsrə baxış”, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov "Azərbaycanın ekoetik problemləri", Ekoloji kimya kafedrasının magistrantı İlahə Dadaşova “Bilgəh ərazisindən götürülmüş torpaq nümunələrində pestisidlərin təyini” məruzələri ilə çıxış ediblər. Konfrans işini bölmə iclaslarında davam etdirib.
Qeyd edək ki, konfransa respublikanın müxtəlif elm və təhsil müəssisələrindən 150-dək tezis təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 27 aprel 2019-cu il.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026