BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı

14/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Seminarda fakültənin II kurs tələbəsi Gülbahar Hüseynzadə “Palma yağı - gözəgörünməz təhlükə” mövzusunda məruzə ilə çıxış edib. Gülbahar Hüseynzadə qida sənayesində geniş istifadə edilən palma yağı, ondan istifadənin insan orqanizmi üçün fəsadlarından danışıb. O bildirib ki, palma yağının tərkibində doymuş yağların miqdarı çoxdur. Belə ki, onun tərkibinin 45%-i palmitin, 5%-i stearin, 10%-i linolin, 40%-i isə olein turşularından ibarətdir. Palma yağının saflaşdırma prosesi 200 dərəcə temperaturda aparılır, bu zaman yağın tərkibində olan faydalı elementlər yox olur və kanserogen maddələr əmələ gəlir. Palma yağı həm ucuz olduğu, həm də qatıldığı məhsulun rəf ömrünü uzatdığı üçün böyük şirkətlər tərəfindən satın alınır. Palma ağacının meyvəsi və çəyirdəyindən düzələn yağ qidadan tutmuş, kosmetik məhsullara, hətta uşaq bezlərinin tərkibinə daxildir.

Daha sonra fakültənin II kurs tələbəsi Məryəm Dadaşova “Xəzər dənizinin bioresursları və onun qorunması” məruzəsi ilə çıxış edib. Məryəm Dadaşova çıxışında Xəzər dənizinin mövqeyi və bioresursları haqqında ətraflı məlumat verib. O bildirib ki, Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. Dünya okeanından təcrid olunmuş Xəzərdə bütün yer kürəsində olan göllərdəki suların 45 %-ə qədəri toplanıb. Hazırda ən böyük ekoloji problemlərdən biri də Xəzər dənizindəki biomüxtəlifliyin məhv olmaq təhlükəsi ilə üzləşməsidir. Çirklənmənin əsas səbəbi isə Xəzəryanı ölkələrin demək olar ki, hamısının çirkab sularını dənizə buraxması, o cümlədən Xəzər dənizində neft hasilatıdır. Lakin son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemə diqqəti artırıb. Belə ki, hər il milyonlarla nərəkimi balıq körpələri, qızılbalıq və çəkikimi balıq körpələri artırılaraq suya buraxılır, sahilyanı ərazilərin təmizlənməsi prosesi həyata keçirilir.
Sonda məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.

Xəbərlər

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib
14/02/2026

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026