BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri “Geoid” MMC-də istehsalat təcrübəsində

03/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə IV kurs tələbələri “Geoid” MMC-də istehsalat təcrübəsi keçirlər. Fakültənin “Geoid” MMC ilə əməkdaşlığı 4 ildir uğurla davam etməkdədir. “Geoid” MMC müvafiq icazə və lisenziyalarla geodeziya, topoqrafiya və kartoqrafiya fəaliyyəti həyata keçirir. Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan tələbələrin belə bir qurumda istehsalatla yaxından tanış olmaları onların praktiki biliklərinin artırılmasında müstəsna rol oynayır.

Təcrübənin əvvəlində tələbələr qeydiyyat işləri, texniki təhlükəsizlik qaydaları və müəssisənin struktur bölmələri ilə tanış olublar. Tələbələrə istifadə olunan avadanlıqlar göstərilib, onların iş prinsipləri izah edilib. Daha sonra müəssisə yaxınlığındakı park sahəsində çöl ölçmə işlərinə start verilib. Tələbələr çöl şəraitində sərbəst işləmək uçun nivelir, taxeometr, GNSS qəbuledicilərlə təmin olunub, həmçinin kameral şəraitdə kompüter proqramları vasitəsi ilə ərazidə görülən işləri emal ediblər.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026