BDU-nun elan etdiyi “İlin gənc alimi” müsabiqənin qalibləri açıqlandı

02/02/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.

Müsabiqə Komissiyasının qərarına əsasən Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova təbiət və texnika elmləri üzrə, Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Aytəkin İbrahimova humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olublar. Müsabiqənin qalibləri diplom  və hər biri 2 000 (iki min) manat pul mükafatı ilə, müsabiqədə ikinci nəticə göstərənlər - Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Hacı Vahid Axundzadə və Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Pərvin Eyvazov isə diplomla təltif ediliblər.

Qalibləri təbrik edirik!

 

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026