BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib

01/09/2026

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Məhəmməd Bağır Bağırov Türkiyənin İzmir şəhərində İzmir Yüksək Texnologiya İnstitutunda keçirilən 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında (20th International Nanoscience and Nanotechnology Conference – NanoTR-20) iştirak edib.

Məhəmməd Bağır Bağırov tədbirdə “GO nanodoldurucusunun konsentrasiyasının GO–PVS–AgNN nanokompozitlərinin dielektrik xassələrinə təsiri” (“Effect of GO Nanofiller Concentration on the Dielectric Properties of GO–PVA–AgNW Nanocomposites”) adlı məruzə ilə çıxış edib. Məruzədə müxtəlif konsentrasiyalarda qrafen oksid əlavə edilmiş GO-PVS-AgNN nanokompozitlərinin quruluş və dielektrik xassələri, həmçinin nanodoldurucunun konsentrasiyasının dəyişməsinin materialların dielektrik xassələrinə təsiri ətraflı izah olunub.

Çıxış konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026