BDU-nun elmi jurnalı Web of Science bazasında

28/08/2020

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan və “Emerging Sources Citation Index” (ESCİ) bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı”) jurnalı “Clarivate Analytics” Agentliyinin yeni açıqlanan 2020-ci ilin hesabatına əsasən bir pillə yüksələrək "Science Citation Index Expanded" (SCİE) Indeks bazasında yer alıb. Jurnal “Web of Science” bazasında indekslənib, fizika, kimya və təbiət elmləri üzrə elmi məqalələrin yayımını həyata keçirir.

2010-cu ildən ingilis dilində nəşr olunan jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan artıq ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr MatReviews, Zentrablatt, VINITI kimi nüfuzlu bazalarda referat olunur, E-Letter, NA Digest elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi çap olunub.

Jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevdir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026