BDU-nun Elmi Kitabxanası “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təqdimat keçirib

29/04/2021

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.KİK) çərçivəsində Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və tələbələri üçün “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda onlayn təqdimat keçirib.

EİFL.net üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova və açıq resurslar və lisenziyalaşdırma üzrə əlaqələndirici İltifat İbrahimovun moderatorluğu ilə keçirilən təqdimatda elmi araşdırmalar zamanı elektron resurslardan, tammətnli məqalələrdən istifadə etmək imkanları, beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün jurnal seçimi istiqamətində tədqiqatçıları məlumatlandırmaq və istiqamətləndirmək kimi məsələlərdən bəhs olunub.

Tədbirdə ADU-nun elmi işlər üzrə prorektoru Novruz Məmmədov elmi fəaliyyətin təşkilində məlumat bazalarından istifadənin vacibliyindən danışıb. O, konsorsium çərçivəsində yalnız EBSCO ilə deyil, digər beynəlxalq nəşriyyatlarla da əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova isə rəqəmsal kitabxana-informasiya mühitinin yaradılmasında beynəlxalq nəşriyyatların resurslarından, EBSCOhost platformasının məhsullarından istifadənin üstünlüklərini vurğulayıb.

Sonda hər iki universitet kitabxanası rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə beynəlxalq nəşriyyatlarla əməkdaşlıq etmək və açıq resurslara girişi təmin etmək məsələləri müzakirə edilib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026