BDU-nun Elmi Kitabxanası EİFL.net-in Baş Assambleyasının toplantısında təmsil olunub

25/10/2022

Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (EİFL.net) Baş Assambleyasının hesabat xarakterli illik toplantısında bütün proqram koordinatorları və təşkilatın üzvləri iştirak ediblər. İki gün davam edən online tədbirin ilk günü EIFL.net beynəlxalq konsorsiumunun direktoru Rima Kuprite “Beynəlxalq nəşriyyatlar, əməkdaşlıq, innovativ xidmətlər və yeniliklər”, EIFL-IP meneceri Teresa Haket “EİFL- Müəlliflik hüququ və kitabxanalar”, EIFL.net-in lisenziyalaşdırma meneceri Lorayne Estele “Əməkdaşlıq və lisenziyalaşdırma”, EIFL.net-in “Open Access” üzrə meneceri İrina Kuçma “Açıq giriş” mövzusunda çıxış edərək il ərzində üzv ölkələrdə elektron informasiyanın istifadəsini təmin etmək istiqamətində görülən işlər haqqında geniş məlumat təqdim edib.
Toplantının ikinci günündə 2022-ci ildə EİFL.net konsorsiumu tərəfindən dəstəklənən “Açıq elm” mövzusuna həsr olunmuş layihələrin təqdimatları nümayiş olunub və EİFL.net-in ölkələr üzrə konsorsium rəhbərlərinin illik hesabatları dinlənilib. Milli konsorsiumların nailiyyətləri üzrə mübadilə, əldə olunmuş təcrübəni bölüşmək, uğurları paylaşmaq və s. haqda təqdimatlar verilib və həmçinin konsorsiumların üzləşdiyi problemlərin həlli yolları müzakirə edilib. Tədbirdə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri, BDU-nun Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova çıxış edərək EİFL.net-in proqram rəhbərləri və beynəlxalq nəşriyyatlar ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, il ərzində görülən işlər barədə məlumat verib.
Onlayn tədbirdə BDU-nun Elmi Kitabxanası ilə yanaşı, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olan universitet və elmi-tədqiqat institutlarının nümayəndələri də iştirak ediblər.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026