BDU-nun Elmi Kitabxanası elan edir

25/06/2020

Pandemiya səbəbilə ölkədə elan edilmiş karantin qaydalarını nəzərə alaraq,  Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələri Elmi Kitabxananın onlayn xidmətlərindən – biblioqrafik arayışlar, dərslik və dərs vəsaitlərinin tammətnli elektron məlumat bazaları, elektron kitablar, elektron jurnallar, beynəlxalq məlumat bazaları və digər elektron resurslarından yararlana bilərlər.

Elmi Kitabxana elektron kitabxana bölməsi vasitəsilə internet üzərindən 3700-dən çox dərslik və dərs vəsaitinin tammətnini, 1300-dən çox bədii ədəbiyyat: folklor, müasir və klassik Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı nümunələrinin elektron variantını və tammətnli məlumat bazaları rubrikası ilə EBSCO elektron nəşriyyatının 15.06.2020-ci ildən 15.09.2020-ci il tarixinədək açıq girişi olan müxtəlif elm sahələri üzrə məlumat bazalarını, o cümlədən www.doabooks.org - 225 nəşriyyatdan 8872 adda peer-reviewed kitabları,  www.doaj.org - 122 ölkədən 10082 adda, ümumilikdə 23.402 nüsxə jurnalı öz oxucularının istifadəsinə təqdim edir.

Sosial izolyasiya dövründə BDU-dan kənar EBSCO elektron məlumat bazasından istifadə https://search.ebscohost.com (Username: bsu2020, Password: sub0022!) saytı vasitəsilə açıqdır.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026