BDU-nun Elmi Kitabxanası növbəti təlim-seminar keçirib

13/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olan Azərbaycan Dillər Universiteti üçün ““EBSCO –eBooks and eJournals” platformasında axtarış” mövzusunda onlayn təlim-seminar keçirilib.
Təlim-seminarda Azərbaycan Dillər Universitetinin 2022-ci il üçün abunə olduğu 11 000-dən çox elektron jurnal kolleksiyasından və cari ilin may ayından etibarən universitetlərin professor-müəllim heyəti, gənc tədqiqatçıları və oxucularına ödənişsiz istifadəyə verilən  218 639 elektron kitabdan ibarət “eBook Academic Collection”dan istifadə qaydaları izah olunub.
Təlim-seminar EBSCO şirkətinin təlimçi mütəxəssisi İrina Serjan tərəfindən ingilis dilində keçirilib. Təlim iştirakçılara elektron kitabları yükləmək, istinadlar haqqında məlumat almaq, yüklənmiş məlumatları müxtəlif dillərə tərcümə etmək, sosial şəbəkələrdə paylaşmaq və s. üsullarla platformadan istifadə imkanları izah edilib.
Sonda İrina Serjan iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.

 

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026