BDU-nun Elmi Kitabxanası “Oksford jurnallarında necə nəşr etməli?” mövzusunda vebinar keçirəcək

15/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası oxucularını və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olan ali təhsil müəssisə kitabxanalarının oxucularını, xüsusilə də tədqiqatçıları “Oksford jurnallarında necə nəşr etməli?” (“How to Publish with Oxford Journals”) mövzusunda Oksford Nəşriyyatının təqdim edəcəyi vebinara dəvət edir.

Vebinarda “Tezis və məqalə arasındakı fərqlər”, “Məqalə necə yazılmalı?”, “Jurnal məqalələrinin növləri”, “Məqaləni nəşr etmək üçün jurnal necə seçilməli?”, “Oksford nəşriyyatı platformasında məqaləni necə yükləməli və məqalənin təqdim edilməsi prosesi”, “Açıq Giriş nədir – Açıq Giriş növləri” və s. mövzular müzakirə olunacaq.
Təlim nəticəsində iştirakçılar nəşr prosesini və məqalə dərci zamanı əməl etməli olduqları addımları öyrənəcəklər.

Vebinar 2024-cü il noyabr ayının 26-da keçiriləcək. İştirak etmək istəyənlər https://events.teams.microsoft.com/event/b3534d87-eeda-447c-8d93-59ec31c3d3ee@91761b62-4c45-43f5-9f0e-be8ad9b551ff linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026