BDU-nun Elmi kitabxanasına kitablar hədiyyə edilib

12/04/2021

Azərbaycan Beynəlxalq Bankı tərəfindən bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına Massaçusetst Texnologiya İnstitutunun professoru Conatan Qruberin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunan “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabının nüsxələri hədiyyə edilib.

Professor Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabı mövzu üzrə ən mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris prosesində fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Kitabda əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür yaradır.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026