BDU-nun Elmi Kitabxanasına Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən kitablar hədiyyə olunub

25/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 39 adda kitab hədiyyə olunub.

Hədiyyə olunan kitablar sırasında türk dünyasının zəngin ədəbi və tarixi irsini əks etdirən əsərlər – Mahmud Kaşğarinin “Divani lüğət-it-türk”, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığına dair nəşrlər, eləcə də Ulu Öndər Heydər Əliyev və Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə dair kitablar, Qarabağın tarixi-mədəni irsinə dair tədqiqatlar, türk xalqlarının eposları, poeziya antologiyaları və müxtəlif elmi əsərlər yer alır. Son beş ildə çap olunan bu nəşrlər müasir dövrün aktual elmi və ədəbi nümunələri kimi kitabxana fondunun zənginləşdirilməsinə mühüm töhfə verəcək.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026