BDU-nun Elmi Kitabxanasında “Necə nəşr etməli?” mövzusunda növbəti vebinar keçiriləcək

17/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə oktyabrın 19-da Bakı vaxtı ilə saat 19:00-da Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Açıq giriş və müəllif hüquqları” (“Open Access and author rights”) mövzusunda növbəti vebinar keçiriləcək.
Vebinarda “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski,  Conatan Kollin və Arindam Mandal iştirak edəcəklər. İngilis dilində sual-cavab sessiyası ilə keçiriləcək vebinarda iştirak üçün  
https://sagepub.zoom.us/webinar/register/WN_yNMY6k96SoqPmFRwgbdW4Q linkində qeydiyyatdan keçmək lazımdır.

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların budəfəki buraxılışında akademik məqalənin “Open Access” jurnallarda  nəşri, məqalələrin işlənilməsində açıq girişli və indeksli jurnallar arasında xərclərin fərqliliyi, jurnalın yırtıcı olub-olmadığını müəyyən etməyin yolları və müəllif hüquqları haqqında praktik məsləhətlər veriləcək.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026