BDU-nun Elmi Kitabxanasında “Necə nəşr etməli?” mövzusunda sonuncu vebinar keçiriləcək

15/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə noyabrın 16-sı Bakı vaxtı ilə saat 19:00-da Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Məqalənin təbliğ edilməsi və istinadların artırılması” (“How to promote your article and increase citations”) mövzusunda növbəti vebinar keçiriləcək. Vebinarda “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cessika Lipovski,  Kristian Vakkari və Sin Skarişbrik iştirak edəcəklər. İngilis dilində sual-cavab sessiyası ilə keçiriləcək vebinarda iştirak üçün.

https://sagepub.zoom.us/webinar/register/WN_AvplfuqrR8e6NQ41lvOVgw linkində qeydiyyatdan keçmək lazımdır.

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların budəfəki buraxılışında araşdırmanın hədəf (düzgün) auditoriyaya çatmasını təmin etmək, məqaləni yaymaq, ona edilən istinadların sayını artırmaq və akademik məqaləni təbliğ etməklə bağlı praktik məsləhətlər veriləcək.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026