BDU-nun Elmi Kitabxanasında “Necə nəşr etməli?” mövzusunda vebinar

24/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda vebinar keçirilib.

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinar “Sage” nəşriyyatının əməkdaşları Cesika Lipovski, Melisa Knot, Derek Fişer və Lorianne Sarsfieldin iştirakı ilə keçirilib. Vebinarda məqaləni nəşr etmək üçün düzgün jurnal seçimi, məqalə təqdim olunmazdan əvvəl diqqət edilməli tələblər və s. məsələlərə aydınlıq gətirilib.

Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

“Jurnal məqaləsini necə yazmalı və düzəlişlərə dair məsləhətlər” (“How to write a journal article and advice on revisions”) mövzusunda növbəti vebinar iyulun 20-də keçiriləcək.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026