BDU-nun Elmi Kitabxanasının direktoru onlayn vebinarda iştirak edib

04/05/2020

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinarda iştirak edib. Azərbaycanda fəaliyyət göstərən 30-dan çox ali məktəb kitabxanasının rəhbərlərinin və kitabxana mütəxəssisinin qatıldığı vebinarda pandemiya dövründə kitabxanaların fəaliyyəti,  qarşıya çıxan problemlər və onların həlli yollarından, karantin günlərində oxucu tələbatlarının onlayn ödənilməsi, açıq məlumat bazalarından istifadə, kitabxanalararası sənəd mübadiləsi və müəlliflik hüquqları kimi mövzular müzakirə olunub.

N.İsmayılova Elmi Kitabxananın fəaliyyətindən bəhs edərək sosial izolyasiya dövründə BDU-da aprelin 1-dən etibarən ümumilikdə 16 minə yaxın tələbə və 1500-ə yaxın müəllimin “Microsoft Teams” platforması üzərindən onlayn dərsləri davam etdirdiyini vurğulayıb. Bu dövr ərzində professor-müəllim heyəti və tələbələrə Elmi Kitabxananın elektron kitabxana bölməsi vasitəsilə 4000-ə yaxın tammətnli dərslik və dərs vəsaiti, 1300-dən çox bədii ədəbiyyat nümunələri təqdim edilib.

Onlayn xidmət, pandemiya dövründə ali təhsil müəssisələrində həyata keçirilən distant təhsilin informasiya resurs təminatı məsələləri, oxuculara təqdim edilmiş onlayn və virtual xidmətlər, elektron resurslar, beynəlxalq məlumat bazaları haqqında məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Onlayn vebinar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil edilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026