BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

07/03/2019

Martın 7-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudun Qurbanov iclası açaraq gündəlik məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verən F.Qurbanov, tədbirlər planına uyğun olaraq artıq bir sıra layihələrə başlandığını qeyd edib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının, Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə isə 2018-ci il üçün doktoranturaya qəbulun nəticələri ilə bağlı məruzə ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib və aidiyyatı tapşırıqlar verilib.

Elmi Şuranın sədri F.Qurbanov məsələlərlə bağlı verilən sualları cavablandırıb.

İclasda adlı təqaüdlər, universitetin beynəlxalq akkreditasiyası ilə bağlı məlumat verilib, elmi adların verilməsi və digər məsələlərə baxılıb.

F.Qurbanov universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyini 2018-ci ildə bitirmiş məzunlardan on bir nəfərinə qızıl, bir nəfərinə isə gümüş medalını təqdim edib, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin Elmi Şurasının üzvü olan qadınları təbrik edib.

Mətbuat və informasiya şöbəsi, 07 mart 2019-cu il.

Xəbərlər

BDU və “BP Eksploreyşn (Kaspian Si) Limited” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU və “BP Eksploreyşn (Kaspian Si) Limited” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
18/02/2026

BDU-nun əməkdaşı Azad Nuriyev vəfat edib

BDU-nun əməkdaşı Azad Nuriyev vəfat edib
18/02/2026

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub
18/02/2026