BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

21/05/2021

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

İclasda 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib.  BDU-da 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılacağı vurğulanıb, COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün müəyyən güzəştlərin tətbiq ediləcəyi haqqında qərar qəbul edilib.

Daha sonra iclasda Filologiya və BDU-nun nəzdində Tətbiqi riyaziyyat Elmi-Tədqiqar İnstitutunun 2020-ci il üzrə hesabatları dinlənilib. BDU-da Mükəmməllik Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026