BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

30/03/2022

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasdan əvvəl 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda BDU-da 2021-ci ildə elmi-təşkilati fəaliyyət, yerinə yetirilmiş elmi-tədqiqat işləri və BDU-nun Qazax filialının 2021-ci ildə fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, cari məsələlərə baxılıb.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov hesabatda bildirib ki, ötən il Universitetin 16 fakültəsi, 120 kafedrasında elmi-tədqiqat işləri ilə 1510 nəfər professor-müəllim, elmi işçi və 310 doktorant məşğul olub. Ötən il BDU alimləri tərəfindən təbiət və humanitar elm sahələri üzrə 79 istiqamətdə 179 mövzu üzrə 1025 elmi iş yerinə yetirilib, ölkə daxilində və xaricində 2487 məqalə, 1593 konfrans materialı, 162 proqram, 93 dərs vəsaiti, 55 dərslik, 49 kitab, 39 monoqrafiya, 9 metodiki göstəriş dərc olunub. BDU üzrə dərc olunmuş 2487 məqalədən 47 %-i nüfuzlu bazalarda indekslənən jurnallarda dərc edilib. Son 5 ildə BDU üzrə xaricdə dərc olunmuş məqalə sayı 932-dən 1170-ə çatıb.

BDU-nun Hirş indeksi artaraq 50 olub. BDU-nun əməkdaş, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan əsərlərə 20 mindən çox istinad olunub.

H.Məmmədov tələbələrin və gənc tədqiqatçıların elmi işlərə cəlb olunması, doktoranturaya qəbul və müdafiələrin təşkili, dissertasiya şuralarının fəaliyyəti ilə bağlı geniş məlumat verib.

Daha sonra BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov filialın 2021-ci ildəki elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti, müvəffəqiyyət və keyfiyyət göstəriciləri, sosial layihələr barədə hesabat verib.

İclasda həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar BDU üzrə Tədbirlər Planının hazırlanması məqsədilə komissiya və işçi qrupun yaradılması haqqında qərar qəbul edilib. 2022-ci il Azərbaycanda “Şuşa ili” əlaqədar BDU-nun Tədbirlər Planı təsdiq edilib.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib
17/04/2024