BDU-nun Enactus komandası finala vəsiqə qazanıb

29/08/2020

29 avqust 2020-ci il tarixində Enactus Azərbaycan Milli Yarışmasının birinci mərhələsi keçirilib. Bakı Dövlət Universitetinin Enactus komandası yarışda - EcoPrint, PlasKet və Yoldaş layihələri ilə çıxış edib. Komandamız II liqada yarışaraq ən yüksək bal toplayıb və final mərhələsinə vəsiqə qazanıb.
Yarışda  Respublikamızın 14 Ali məktəbi iştirak edib. 700-dən çox tələbə, 20 fakültə məsləhətçisi, 13 biznes liderin iştirak etdiyi yarışda komandalar 2 liqada yarışıblar.
Avqustun 30-da Milli yarışmanın final mərhələsi keçiriləcək və qalib komanda Niderlandda baş tutacaq Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək.
Bugünkü qələbə münasibətilə BDU Enactus komandasını təbrik edirik və qalib olmağı arzulayırıq!

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026