BDU-nun Filologiya fakültəsi İlaxır çərşənbəni Vətən müharibəsi qaziləri ilə birgə qeyd edib

18/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Zəfər yolu” adlı onlayn tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov iştirakçıları İlaxır çərşənbə münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən söz açıb.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 44 günlük müharibənin qısa xülasəsini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra Filologiya fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Ülvi Əhmədov, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” Azərbaycan Respublikasının medalları ilə təltif olunan qazilər - Oqtay Cahagirov və fakültənin məzunu, “Folklor” dərnəyinin əvvəlki sədri Elnur Soltanov çıxış edərək müharibə və qələbə ilə bağlı təəssüratlarını, xatirələrini bölüşüblər.
Tədbridə 30 nömrəli musiqi məktəbinin məzunu Sənan Qəsəbov tarda “Şur” muğamını, “Cəngi” mahnısını ifa edib, Filologiya fakültəsinin magistrantı Gülay Tahirli müəllifi olduğu “Əziz Şuşa” şeirini səsləndirib. Ardınca TEC-in sədri, “Folklor” dərnəyinin üzvü Fidan Hüseynova İlaxır çərşənbə haqqında ətraflı məlumat verib.
Filologiya fakültəsinin dekanı Elçin Məmmədov müharibə dövründə Filologiya fakültəsinin əməkdaş və tələbələrinin Azərbaycan ordusuna göstərdiyi maddi və mənəvi dəstəkdən, gənclərin ictimai fəallığından, müharibədə iştirak etmiş məzunlar haqqında danışıb. Tarixi qələbəyə görə başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan ordusuna təşəkkürünü bildirən dekan fakültənin məzunu - şəhid Kənan Məmmədovun timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Xəbərlər

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib

Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib
17/04/2024

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb
17/04/2024

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib
17/04/2024