BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

14/08/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 14 kafedra (Azərbaycan ədəbiyyatı tarixi, Rus ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Türkologiya, Ümumi dilcilik, Rus dilçiliyi, Dünya ədəbiyyatı, Azərbaycan dili və nitq mədəniyyəti, Rus dili, İngilis dili (təbiət fakültələri üzrə) İngilis dili (humanitar fakültələri üzrə), Alman və fransız dilləri kafedraları) və 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində 7 ixtisas - “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)” ixtisaslarının məzunları ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) tədris apara bilərlər.

“Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə məzunlar filoloji istiqamətli elmi-tədqiqat institutları, dövlət qurumları, müxtəlif müəssisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər.

Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.

Xəbərlər

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir
06/01/2026

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir
05/01/2026

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026