BDU-nun Filologiya fakültəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub

05/04/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı və “Qiraət” klubunun birgə təşəbbüsü ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Aprel döyüşlərindən bəhs edən videoçarx nümayiş olunub. 

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov XX əsrdə erməni millətçilərinin azərbaycanlılara qarşı apardıqları təcavüzkarlıq siyasətindən, Ümummilli lider Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad olunması uğrunda həyata keçirdikləri mühüm addımlardan, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəyə gedən yolda Aprel döyüşlərinin xüsusi əhəmiyyət daşımasından bəhs edib.

Vətən müharibəsi qaziləri İbrahim Həsənov və Elməddin Novruzov döyüş xatirələrini bölüşüblər. Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə, Tələbə Gənclər Təşkilatının üzvləri Aydan Rüstəmzadə və İbrahim Hüseynzadə çıxışlarında Aprel döyüşləri və Vətən müharibəsində ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından, ağır və gərgin keçən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqlardan söz açıblar.

Tədbirdə “Qiraət” klubunun hazırladığı bədii kompozisiya nümayiş olunub.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026