BDU-nun Filologiya fakültəsində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

06/10/2021

Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə Filologiya fakültəsinin tələbəsi Lamiyə Hüseynova çıxış edərək müəllimlərin ölkəmizin tərəqqisində, cəmiyyətimizin maariflənməsində əvəzsiz rolundan bəhs edib, gənclərin həm bilikli, həm də vətənpərvər vətəndaş kimi formalaşmasında müəllimlərin fədakar əməyindən danışıb.

Daha sonra Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Xanım Əhmədzadə şəhid müəllim Famil Əhmədzadənin həyat yolu haqqında çıxış edib, Azərbaycan müəllimlərinin istər birinci Qarabağ savaşında, istərsə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması uğrunda həm ön, həm də arxa cəbhədə fəaal  iştirak etmələrindən bəhs edib.

Tədbirdə Filologiya fakültəsi 2-ci kurs tələbəsi Səma Məmmədova, Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadə çıxış edərək Beynəlxalq Müəllimlər Gününün tarixindən və bu əlamətdar günün qeyd olunmasının əhəmiyyətindən söhbət açıblar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026