BDU-nun Filologiya fakültəsində cari tədris ilinin son Elmi Şurası keçirilib

05/07/2019

BDU-nun Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Fakültə dekanı Elçin Məmmədov çıxış edərək şura üzvlərini iclasın gündəliyi ilə tanış edib. Daha sonra dekan iclasın gündəliyinə daxil olan məsələlər barəsində - yay imtahan sessiyasının yekunu, Yekun Dövlət Attestasiyasının nəticələri, buraxılış işləri və magistr dissertasiyalarının müdafiəsinin nəticələri haqqında ətraflı məlumat verib, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıb. Həmçinin qeyd olunub ki, bu il yüz yaşı tamam olan fakültənin nüfuzunun daha da gücləndirilməsi istiqamətində mütərəqqi addımlar atılması, dövrün tələbələrinə uyğun olaraq islahatların həyata keçirilməsi nəzərdə tutulub. İclas cari məsələlər ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 05 iyul 2019-cu il.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026