BDU-nun Filologiya fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib

24/06/2021

2021-ci il 07 iyun tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Mürsəlov Rizvan Cavanxan oğlunun “Azərbaycan və ingilis dillərində kəmiyyət elementli frazeoloji birləşmələrin semantikası” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tədqiqat işində ilk dəfə olaraq Azərbaycan və ingilis dillərində kəmiyyət elementli frazeoloji birləşmələr geniş və seçilmiş şəkildə araşdırılıb, müxtəlif say tərkibli frazeoloji birləşmələrin semantik xüsusiyyətləri sinonimlik və antonimlik aspektlərdə kompleks şəkildə təhlil edilib. İlk dəfə olaraq işlənmə tezliyində zəngin məna çalarlarına və forma müxtəlifliyinə görə idiomlar, hikmətli sözlər, atalar sözləri, zərb-məsəllər Azərbaycan və ingilis dillərinin materialları əsasında cümlə və mətn səviyyələrində geniş surətdə araşdırılıb.

Dissertasiya işində əldə olunmuş nəticələrdən frazeoloji birləşmələrlə bağlı dərslik və dərs vəsaitlərinin hazırlanmasında, ali məktəblərdə ingilis dilinin leksikologiyası və qrammatikası üzrə mühazirə və seminar dərslərində istifadə oluna bilər.

 

Xəbərlər

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır
16/07/2026

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026