BDU-nun Filologiya fakültəsində “Nizami və Qərb dünyası” mövzusunda elmi seminar keçirilib

18/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının təşkilatçılığı ilə “Nizami və Qərb dünyası” mövzusunda elmi seminar keçirilib.  
Tədbirin moderatoru, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov giriş sözü ilə çıxış edərək, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən növbəti elmi seminarın mövzusunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi qeyd edilməsinin mühüm hadisə olmasından, Qərb aləmində Nizami irsinə münasibətdən bəhs edib.
Alman və fransız dilləri kafedrasının əməkdaşları – dosent Azelma Həsənova “Frans Kültür” radiosunun “İnsanlar və İlahilər” verlişində Nizami haqqında”, filologiya üzrə fəlsəfə doktoru Mətanət Əliyeva “Nizami irsinin Avropada araşdırılması”, müəllimlər - İradə Əmiraslanova, Ulduzə İsmayılova və Ləman Şıxəlizadə isə “Nizaminin “Xəmsəsi” adlı məruzələrlə çıxış ediblər.  
Çıxışların ardınca məruzəçilərə suallar ünvanlanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə kafedranın müəllimi Vüsalə Nəbiyeva Nizaminin “Sənsiz” qəzəlini alman dilində ifa edib, fransız dili və ədəbiyyatı ixtisası üzrə IV kurs tələbəsi Dilarə Rzayevanın ifasında dahi şairin “Yeddi gözəl” poemasından fransız dilində parçalar səsləndirilib.
Sonda Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə məruzələr haqqında fikirlərini bölüşüb, seminarın təşkilatçılarına təşəkkürünü bildirib.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026