BDU-nun Filologiya fakültəsində Respublika Günü qeyd olunub
28/05/2021
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 28 May - Respublika Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi mühit və dil siyasəti” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov müasir dövlətçiliyimizin qurulmasında AXC-nin tarixi xidmətlərindən söz açıb, xüsusilə elm və təhsil sahəsində aparılan islahatlara diqqət çəkərək artıq qalib ölkəmizin bu tarixi günü böyük fəxr və qürur hissi ilə qeyd etdiyini vurğulayıb.
- Sonra söz məruzəçilərə verilib. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı “AXC dövründə ədəbiyyat” adlı məruzəsində cümhuriyyət dövrünün ədəbi-mədəni mühitindən, bu illərdə yaşayıb-yaradan ədiblərin ictimai-siyasi fəaliyyətindən və yazılan əsərlərin milli-ideoloji fikrin inkişafındakı rolundan, müxtəlif ədəbi növlərə məxsus əsərlərin, xüsusən siyasi lirikanın poetik özəlliklərindən, ədəbi tənqid sahəsində aparılan araşdırmalardan danışıb.
- Filologiya fakültəsinin II kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Fidan Hüseynovanın “AXC dövründə dil siyasəti” adlı məruzəsində Azərbaycan dilinin dövlət dili kimi inkişaf tarixindən, regional mövqeyindən, AXC-nin həyata keçirdiyi dil quruculuğundan, ana dilinə göstərilən xüsusi diqqət və qayğından bəhs olunub.
Tədbirdə tələblərin ifasında vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib, AXC dövrünə həsr edilmiş videoçarx və Xarıbülbül festivalından fraqmentlər nümayiş olunub.

Xəbərlər
BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
