BDU-nun Filologiya fakültəsində rus dili üzrə viktorina keçirilib

17/12/2018

BDU-nun Filologiya fakültəsində “Dünyada rus dili səfirləri” ekspedisiyası çərçivəsində bu proqramın könüllüləri Sereykina Mariya və Antsifrova Larisa tərəfindən Azərbaycan bölməsində təhsil alan I kurs tələbələri arasında rus dili üzrə viktorina və  Kazan Federal Universitetinin dosenti Salahova Ayqul tərəfindən rus bölməsinin III kurs tələbələri arasında L.Tolstoyun yaradıcılığına həsr olunmuş dərs-viktorina keçirilib.

“Dünyada rus dili səfirləri” ekspedisiyası Kazan Federal Universiteti və Puşkin adına Dövlət Rus Dili İnstitutunun ayırdığı qrant əsasında təşkil olunub. Ənənəvi səfir proqramı - “Rus dilində dialoqlar” intellektual oyunu rus dilini xarici dil kimi seçən Filologiya fakültəsinin Azərbaycan bölməsinin I kurs tələbələri üçün əsl sınaq olub. Tələbələr komanda şəklində tapşırıqların öhdəsindən gəlib, rus dili və mədəniyyəti sahəsində öz biliklərini nümayiş etdiriblər. Nəticələr gözləniləndən də yüksək olub.

Həmçinin kazanlı qonaq XIX əsr rus klassiklərinin yaradıcılığını öyrənən rus bölməsinin III kurs tələbələri ilə dərs-viktorina keçirib. Dərs-viktorina tələbələrə Lev Nikolayeviç Tolstoyun həyatı, yaradıcılığı və fəlsəfəsi haqqında təsəvvürləri yeni detallarla zənginləşdirməyə və öz biliklərinin yoxlamağa imkan verib.

Qonaqlar viktorinanın nəticələrindən razı qalıb və qeyd ediblər ki, məhz belə görüşlərdə uzunmüddətli və məhsuldar əməkdaşlığın təməli qoyulur.

Mətbuat və informasiya şöbəsi, 17 dekabr 2018-ci il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026