BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin görüşü keçirilib

11/04/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin növbəti görüşü keçirilib.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov “Söz” Yaradıcılıq Birliyinin fəaliyyətinin daha da aktivləşməsi üçün görüləcək işlərdən, qarşıda dayanan əsas vəzifələrdən söz açıb. Bildirib ki, ölkənin tanınmış ədəbiyyat xadimlərinin Birliyin üzvləri ilə mütəmadi görüşləri təşkil olunacaq. Bədii yaradıcılıqla məşğul olan tələbələr Birlikdə fəaliyyət göstərərək daha da inkişaf edəcəklər. Gələcəkdə onların yazıları respublikanın bu sahə üzrə nüfuzlu mətbuat orqanlarında çap olunacaq.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı Birliyin üzvlərinə uğurlar arzulayıb. Vaqif Sultanlı tələbələrə yazı texnikasının xüsusiyyətlərindən söz açıb, müasir ədəbi prosesi daim izləmələrini tövsiyə edib.

Görüşdə fakültənin II kurs magistrantı Gülay Tahirli, II kurs tələbəsi Ayna Əhmədli, I kurs tələbəsi Tərlan Allahverdiyeva öz bədii yaradıcılıqlarından nümunələr səsləndiriblər.

Daha sonra həmin nümunələrin geniş müzakirəsi aparılıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026