BDU-nun Filologiya fakültəsində tanınmış şair Fəxrəddin Ziya ilə görüş

30/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Beynəlxalq Mahmud Kaşğari mükafatı” laureatı, tanınmış şair Fəxrəddin Ziya ilə görüş keçirilib.

Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və ədəbiyyatsevərlər iştirak ediblər.

Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədələov şairin həyatı və yaradıcılığı barədə ətraflı məlumat verib.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov, tanınmış yazıçı-jurnalist Nazir Əhmədli Fəxrəddin Ziyanın ədəbi fəaliyyəti və ziyalı kimi şəxsiyyəti barədə fikirlərini bölüşüblər.

Daha sonra söz qonağa verilib. Fəxrəddin Ziya müasir ədəbi proseslə bağlı düşüncələrini bölüşüb, yaradıcılığından şeirlər səsləndirib.

Tədbir çərçivəsində tələbələr şairin şeirlərini ifa edib, ona suallar ünvanlayıblar. Görüşün sonunda qonaq “İstəyimin qolları” adlı son kitabını imzalı şəkildə tələbələrə hədiyyə edib.

 

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026