BDU-nun Filologiya fakültəsində “Təhkiyə, müəllif, oxucu” mövzusunda ustad dərsi keçirilib

18/04/2019

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Birliyi və “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun “Təhkiyə, müəllif, oxucu” mövzusunda ustad dərsi keçirilib. Tədbirdə BDU-nun və Xəzər Universitetinin bakalavriat və magistrantları iştirak ediblər.

Tələbə elmi seminarının rəhbəri, Ümumi dilçilik kafedrasının I kurs magistrantı Qismət Cəfərov tədbiri açdıqdan sonra M.Osmanoğlu mövzu haqqında ətraflı məlumat verib, müasir ədəbi prosesin aktual problemləri olan müəllif, təhkiyə və oxucu məsələlərinə aydınlıq gətirib.

Daha sonra ədəbiyyatşünas alim auditoriyanın suallarını cavablandırıb. İştirakçılardan BDU-nun Filologiya fakültəsinin tələbələri Orxan Həsənzadə, Nərmin Məmmədova və Şəhanə Abdullazadə, Xəzər Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi Fəridə Fərzəliyeva və başqaları mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Sonda Məti Osmanoğlu müəllifi olduğu “Ocaq yeri” kitabını  tələbələrə hədiyyə edib.

 

Mətbuat və informasiya şöbəsi, 18 aprel 2019-cu il.

Xəbərlər

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub
18/09/2026