BDU-nun Filologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

12/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarix yazan sərkərdə” adlı tədbir keçirilib. Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov dünya şöhrətli dahi lider Heydər Əliyevin keşməkeşli ömür yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və tərəqqisində, dünya arenasında böyük uğurlara imza atmasında, xalqımızın rifah halının yüksəlməsində misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bu gün ölkəmizin sürətlə inkişaf etməsinin, müxtəlif sahələrdə aparılan quruculuq işlərinin, beynəlxalq miqyasda respublikamızın nüfuzunun daha da güclənməsinin və 2020-ci ildə əldə olunan tarixi Zəfərin arxasında uzun illər Ulu Öndərin həyata keçirdiyi böyük siyasi fəaliyyət dayanır. 
“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nəzakət Hüseynova Heydər Əliyevin Azərbaycan dilinə və ədəbiyyatına xüsusi sevgisindən, ana dilimizə və ədəbiyyat xadimlərinə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə imzaladığı fərman və sərəncamların tarixi əhəmiyyətindən, işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə həyata keçirilən ədəbi-mədəni quruculuq işlərindən danışıb. 
Tədbir tələbələrin ədəbi-bədii çıxışları ilə davam edib. Tələbələrdən Nuran Yaqubovanın Ulu Öndər haqqında yazdığı esse və Ləman Qafarovanın məruzəsi dinlənilib, Nərgiz Vəlizadə “Ulu Öndər”, Validə Bayramlı isə “Vətən oğlu” şeirlərini səsləndiriblər.

 

Xəbərlər

“QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir

“QS World University Rankings by Subject 2026” nəticələrinə görə BDU Azərbaycanı ən çox ixtisasla təmsil edir
25/03/2026

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı
20/03/2026

Təbiətin oyanış və birlik bayramı - Novruz

Təbiətin oyanış və birlik bayramı - Novruz
20/03/2026