BDU-nun Filologiya fakültəsində Xalq yazıçısı Anarın “Ustad dərsi”

13/04/2018

BDU-nun Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “ustad dərsi” keçirilib. Tədbirdən əvvəl qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov universitetimizin görkəmli məzununun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışıb, BDU-da onun bədii irsinin öyrənilməsinə və tədrisinə həmişə böyük maraq olduğunu qeyd edib.

Sonra Filologiya fakültəsində fakültə dekanı, dosent Elçin Məmmədov, kafedra müdirləri, müəllim və tələbələrin iştirakı ilə “ustad dərsi” başlayıb. Qonağı salamlayan dekan Elçin Məmmədov Filologiya fakültəsi haqqında, o cümlədən son illər əldə olunan elmi-pedaqoji nailiyyətlər barəsində məlumat verib.

Ardınca söz yubilyara verilib. O, belə bir görüşü onun bədii yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib, iştirakçılara minnətdarlığını bildirib. Sonra Xalq yazıçısı müəllim və tələbələrin suallarını cavablandırıb, auditoriya ilə fikirlərini bölüşüb.

Sonda “Söz” Yaradıcılıq Birliyinin rəhbəri, dosent Məti Osmanoğlu tanınmış ədəbiyyat xadiminə öz təşəkkürünü bildirib, böyük tarixi ənənəsi olan Filologiya fakültəsində görkəmli şair və yazıçılarla belə görüşlərin mütəmadi təşkil olunmasının zəruriliyini vurğulayıb.

Mətbuat və informasiya şöbəsi, 13 aprel 2018-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026