BDU-nun Filologiya fakültəsində Zəfər Günü qeyd olunub

05/11/2022

BDU-nun Filologiya fakültəsində Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Vətən müharibəsində şanlı Zəfərə aparan yoldan, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işlərindən, həmin dövrdə fakültə tələbələrinin arxa cəbhədəki fəallığından söz açıb.

İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov xalqımızın milli qürur tarixinə çevrilmiş böyük Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi və diplomatik uğura aparan fəaliyyətinin, Dövlət-Xalq-Ordu birliyinin həlledici rol oynadığını vurğulayıb.

Filologiya fakültəsinin tələbəsi Xanım Əhmədzadə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əmisi Famil Əhmədzadənin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar, Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi şəxsi keyfiyyətləri, həmçinin dövlətimizin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.

Vətən müharibəsi iştirakçısı, BDU-nun Geologiya fakültəsinin I kurs tələbəsi Musa Abbasov torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışıb, döyüş xatirələrini bölüşüb.

Tədbirin bədii hissəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub, ədəbi-bədii çıxışlar edilib. Tələbələrdən Qaratel İsmayılova, Samirə Haqverdiyeva, Aytən Qarayeva, Aidə Qurbanova, Aynurə Abbaszadə, Cəmilə Quliyeva, Xəyal Topçuyev, Ülviyyə Orucova, Qorqud Məmmədli, Fidan Bəylərova və başqalarının ifasında vətənpərvərlik və qələbə mövzusunda şeirlər və mahnılar səsləndirilib.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024