BDU-nun Filologiya fakültəsinin tələbələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər

17/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Filologiya fakültəsinin tələbələrinin görkəmli şair və dramaturq Hüseyn Cavidin Ev Muzeyinə ekskursiyası təşkil olunub.

Ziyarətdə Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeyin yerləşdiyi binanın tarixi əhəmiyyəti və eksponatları barədə tələbələrə geniş məlumat verilib. Tələbələr muzeyin fəaliyyət göstərdiyi illər ərzində Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə də məlumatlandırılıblar.

Sonda isə tələbələr Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sərgi zalı ilə tanış olublar.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin yarımfinal mərhələsinə vəsiqə qazanıb
23/11/2026

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026