BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

24/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Filologiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Praktiki nitq təlimi” layihəsinə başlanılıb.

“FəalSöz” Akademiyasının təsisçisi, Azərbaycan dili və ədəbiyyat müəllimi, nitq təlimçisi Fatimə Süleymanlı Filologiya fakültəsinin tələbələrinə özünüifadə bacarıqlarının inkişaf etdirilməsi, auditoriya qarşısında sərbəst və inamlı çıxış üsulları və düzgün nəfəsalma texnikalarını praktiki formada öyrədib.

Fatimə Süleymanlı tələbələri fərdi və qrup şəklində müxtəlif çıxış tapşırıqlarına cəlb edib. İştirakçılar bu yolla improvizasiya bacarıqlarını sınayıb, hər çıxışdan sonra isə təlimçi tərəfindən fərdi rəy və tövsiyələr alıblar. Nəfəs və diksiya üzərində xüsusi məşqlər aparılıb, səs tonu, intonasiya və pauzalardan düzgün istifadə iştirakçıların öz çıxışları üzərindən praktiki şəkildə təhlil olunub.

Bir ay müddətində davam edəcək təlimlər çərçivəsində tələbələr nitqin müxtəlif aspektlərini daha dərindən mənimsəyəcək, səhnə qorxusunu aradan qaldırmaq, özünəinamı artırmaq və auditoriya ilə effektiv ünsiyyət qurmaq bacarıqlarını sistemli şəkildə inkişaf etdirəcəklər. Təlimlərin sonunda isə iştirakçıların əldə etdikləri nəticələrin nümayiş etdirilməsi məqsədilə yekun çıxışların təşkili nəzərdə tutulur.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026