BDU-nun Filologiya fakültəsinin tyutoru İstanbulda keçirilmiş seminarlarda uğurla iştirak edib

15/07/2019

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tyutoru Ayşən Sadıqlı 7-13 iyul tarixlərində İstanbul şəhərində yerləşən 4 tanınmış universitetdə keçirilmiş beynəlxalq seminarlarda iştirak edib. EDEX və Baku Business Schoolun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ali məktəblərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarların əsas məqsədi özünüinkişaf, Türkiyənin tanınmış universitetlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi, startap layihələrinin hazırlanması qaydalarının öyrənilməsi, yeni bilik və bacarıqların əldə edilməsi olub.

A.Sadıqlı İstanbul Ayvansaray Universitetində dosent Volkan Ekinin moderatorluğu ilə “Girişimcilik” mövzusunda, İstanbul Şehir Universitetində isə keçirilən “Liderlik” mövzusunda seminarlarda iştirak edərək sertifikatlarla təltif olunub. İştirakçılara bildirilib ki, 2018-2019-cu tədris ilinin statistikasına əsasən, 79 fərqli ölkədən 800-dən çox tələbə İstanbul Şehir Universitetində təhsil alır. A.Sadıqlı, eyni zamanda, İstanbul Gelişim Universitetində təşkil olunmuş seminarda iştirak edərək sertifikatla təltif edilib. İştirakçılara bildirilib ki, 25000-ə yaxın yerli və xarici tələbə, 3 fakültə, 3 institut, 100-dən çox laboratoriya, 18 araşdırma mərkəzi və s. malik universitetdə tələbələrin təcrübə keçməsi üçün bütün şərait yaradılıb.

İstanbul Arel Universitetində “Kariyer planlamada yetenek ve yetkinliğin önemi” mövzusunda keçirilən seminarda iştirak edən BDU-nun tyutoru müvafiq sertifikata layiq görülüb. Sektörel işbirlikleri uzmanı Neslihan Öztürk tərəfindən aparılan seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İştirakçılar hər bir ali məktəbdə olarkən universitet şəhərciyi, o cümlədən qız və oğlan tələbələr üçün yataqxanalar, yeməkxana, kitabxana, laboratoriyalar, tələbələrin təcrübə keçməsi üçün yaradılmış şəraitlə tanış olublar. Səfər müddətində iştirakçılar İstanbulun məşhur Ayasofya, Topkapı, Sultan Ahmet camisi, Rahmi Koç müzesi, Galata kulesi, Kız kulesi, Gülhane Parkı, Taksim, Pierre Loti Tepesi, Büyük Ada, İstanbul Akvarium və s. kimi görməli məkanlarına baş çəkiblər.

Bununla yanaşı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı olan Ayşən Sadıqlı 1 qrantın qalibi, 2 kitabın, biri xaricdə olmaqla 17 məqalənin, 18 tezisin, 3 kitabın ön sözünün müəllifidir, 7 kitabın redaktorudur. O, 2 fəxri fərman və təşəkkür, 10 diplom, 9-u beynəlxalq olmaqla 22 sertifikatla təltif olunub, 1 beynəlxalq simpozium və 22 elmi konfransda məruzə ilə çıxış edib. 2018-ci il 8-14 iyul tarixlərində İstanbul şəhərində 5 universitetdə, 2019-cu il 25-31 mart tarixlərində isə Budapeşt və Vyana şəhərlərində keçirilən seminarlarda iştirak edib və sertifikatlarla təltif edilib.


Mətbuat və informasiya şöbəsi, 11 iyul 2019-cu il.

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024