BDU-nun Filologiya və Tarix fakültələri soyqırım qurbanlarını anıblar

31/03/2022

Bakı Dövlət Universitetinin Filologiya və Tarix fakültələrinin Tələbə Həmkarlar İttifaqı komitələrinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov 31 Mart soyqırımının səbəbləri, ermənilərin 200 ildən bəri həyata keçirdikləri təcavüz siyasəti barədə ətraflı məlumat verib.
Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Elşən Aslanov mart soyqırımın pərdəarxası məqamlarından danışıb, 1918-ci ildə xalqımıza qarşı törədilən bu vəhşiliyin də qisasının Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən alındığını qeyd edib.
Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri Tahir Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətdən, erməni terroruna beynəlxalq hüquqi qiymətin verilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb.
Tarix fakültəsinin II kurs tələbəsi Təvəkkül Vəliyev, I kurs tələbəsi Gülsüm Rəhimova çıxışlarında erməni terroru ilə bağlı həqiqətlərin dünyaya yayılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildiriblər.
Filologiya fakültəsinin I kurs tələbəsi Ülviyyə Orucova soyqırım qurbanlarına həsr olunmuş şeir səsləndirib.
Sonda tələbələr tərəfindən soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024