BDU-nun filoloq alimləri İstanbulda Beynəlxalq konqresdə iştirak edib

21/04/2018

Türkiyənin İstanbul şəhərində “Təhsildə və sosial elmlərdə yeni üfüqlər (İCES – 2018)” adlı I Beynəlxalq Konqres keçirilib. Konqresdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasınını dosenti Sevinc Qocayeva və Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli iştirak ediblər. Beynəlxalq Elmi Araşdırmalar Assosiasiyası (International Scientific Researches Association & Journal) və ASOSEğitim Bilişim Danışmanlık tərəfindən təşkil edilən konqresdə sosial elmlər sahəsindəki problemlər, onların həlli yolları, təhsildə inkişaf perspektivləri müzakirə obyekti olub. Sevinc Qocayeva və Reyhan Həbiblinin məruzələri müxtəlif ölkələrdən gəlmiş təhsil və sosial elmlər üzrə mütəxəssislər, tədqiqatçılar tərəfindən maraqla qarşılanıb. Təmsilçilərimizə uğurlu çıxışlarına görə sertifikat təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 21 aprel 2018-ci il.

Xəbərlər

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026

BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!
13/08/2026