BDU-nun filoloqları Türkiyənin Qafqaz Universitetində təcrübə keçib

31/05/2018

Türkiyə Respublikasının Qars şəhərində yerləşən Qafqaz Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində BDU-nun Filologiya fakültəsinin təmsilçiləri – Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, fakültənin magistrantları Pərvin Rəhimov və Səbinə Ağayarova, tələbələr Nigar Əliyeva, Günel Quliyeva və Səidə İsmayılova Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə bir həftəlik təcrübə keçib.

Bölümün Azərbaycan dili və ədəbiyyatı anabilim şöbəsi tərəfindən yüksək səviyyədə təşkil edilmiş səfər zamanı Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin dekanı, professor Heydər Yüksək və universitetin xarici işlər üzrə başqanı, professor Hacalı Nəcəfoğlu qonaqları qəbul edərək bu sahədə əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Təmsilçilərimiz BDU adından Qafqaz Universiteti rəhbərliyinə hədiyyələr və Filologiya fakültəsi alimlərinin müəllifi olduğu kitabları tədqim ediblər. Sonra filoloqlar Qafqaz Universitetinin müxtəlif struktur bölümləri, Heydər Əliyev Mərkəzi və elmi kitabxana ilə tanış olub, müəllim və tələbələrlə görüşüblər.

Səfər proqramı çərçivəsində Qars şəhərinin bələdiyyə başqanı Murtaza Karaçanta və Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev BDU-nun müəllim və tələbələrini qəbul edib.

Pedaqoji təcrübə zamanı Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı anabilim şöbəsinin rəhbəri, dosent İlkin Quliyev, dosent Ellada Gərayzadə, dosent Könül Quliyeva və dosent Coşqun Zəkiyevin iştirakı ilə Azərbaycan dili və ədəbiyyatının tədrisi problemləri, aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

BDU təmsilçiləri Qarsın təkcə Türkiyə üçün deyil, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyan mədəniyyət abidələri və tarixi yerləri ilə tanış olublar.

Sonda iştirakçılara Qafqaz Universiteti tərəfindən sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.


Mətbuat və informasiya şöbəsi, 31 may 2018-ci il.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026