BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

19/08/2022

Bakı Dövlət Universitetinin Fizika fakültəsində 9 kafedra və 26 tədris laboratoriyası fəaliyyət göstərir. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda, Fizika Problemləri Elmi-tədqiqat İnstitutunda, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində tədqiqat aparmaq imkanına malikdirlər.

Fakültədə Ümumi fizika və fizikanın tədrisi metodikası, Nəzəri fizika, Optika və molekulyar fizika, Yarımkeçiricilər fizikası, Maddə quruluşu, Fiziki elektronika, Bərk cisimlər fizikası, Astrofizika və Nanomaterialların kimyəvi fizikası kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə  tədqiqatlar aparılır.

Bakalavriat səviyyəsində 3 ixtisas - fizika, fizika müəllimliyi və mühəndis fizikası ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

“Fizika” ixtisasında universal kadr hazırlığı aparılır, bu ixtisası bitirən tələbələr fizika sahəsi üzrə elmi-tədqiqat institutlarında, sənaye-texnoloji parklarda və digər sahələrdə çalışa bilərlər.

“Fizika müəllimliyi” ixtisasını bitirən məzunlar fizika müəllimi ixtisasına yiyələnirlər. Orta ümumtəhsil məktəblərində, liseyləridə fizika fənnini tədris edə bilərlər.

“Mühəndis fizikası” ixtisasında fizika üzrə biliklərin tələb olunduğu sənaye sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
02/06/2026