BDU-nun Fizika fakültəsində Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

31/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekanı Bəxtiyar Paşayev erməni millətçilərinin tarixən Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar barədə məlumat verib. Qeyd edib ki, 1918-ci ilin mart ayının sonu, aprel ayının əvvəlində Bakıda və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqla törədilən qırğınlar zamanı 50 minədək dinc sakin qətlə yetirilib.

Daha sonra soyqırım qurbanlarına həsr olunmuş videoçarx nümayiş olunub.

Fakültənin dekan müavini Məhəmməd Məhərrəmov bu faciələrin xalqımızın qan yaddaşına yazıldığını bildirib, tarixi həqiqətlərin gənc nəslə çatdırılmasının və unudulmamasının əhəmiyyətini vurğulayıb.

Fakültənin tələbələri Gülsüm Hümbətova, Günel İmanova, Ləman Allahverdili  tanınmış şəxslərin mart soyqırımı haqqında fikirlərini səsləndirib, soyqırımın dünyada tanıdılması istiqamətində görülmüş işlərdən danışıblar. Günay Allahverdiyeva, Əntiqə İsmayılova, Lamiyə Həmidova və Yaxşıxanım Hüseynova isə şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

 

Xəbərlər

BDU-da “Zəka pillələri” intellektual oyunu

BDU-da “Zəka pillələri” intellektual oyunu
12/05/2026

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində 

“Muzeyşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr BDU-nun tarixi muzeyində
12/05/2026

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər

Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər
12/05/2026