BDU-nun Fizika fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib

14/06/2021

2021-ci il 11 iyun tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Əhmədova Fidan Şirvan qızının “Nazik təbəqəli və nano ölçülü InSe və GaSe yarımkeçiricilərinin elektrik və optik xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işi vakumda diskret ani termik buxarlandırma və modifikasiya olunmuş kimyəvi çökdürmə (SİLAR) üsulları ilə InSe və GaSe nazik təbəqələri və nanohissəciklərinin alınmasına və müxtəlif tədqiqat üsulları ilə nazik təbəqələrin optik, fotoelektrik və lüminessensiya xassələrinin tədqiqinə həsr edilib.
GaSe və InSe nazik təbəqələri və nanohissəciklərinin əsasında optik spektrin görünən və yaxın infraqırmızı oblastlarında effektiv işıq mənbələrinin, nanosaniyəli lazer impulsları üçün detektorların, lazer şüalarının intensivliyini idarə edən optik modulyatorların və lazer şüalarının təsiri ilə InSe nazik təbəqələrinin elektrik keçiriciliyinin tipinin dəyişməsi ilə p-n keçidin yaradılmasının mümkünlüyünü göstərilib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026