BDU-nun Fizika fakültəsində dissertasiya işinin ilkin müzakirəsi keçirilib

27/05/2021

2021-ci il 26 may tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının doktorantı Behbud Hüseyn oğlu İbrahimovun 2220.01 - “Yarımkeçiricilər fizikası” ixtisasında fizika üzə fəlsəfə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yarımkeçirici kvant ölçülü sistemlərin optik və termodinamik xassələrinin məxsusiyyətlərinin analizi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Dissertasiya işi müxtəlif məhdudlaşdırıcı potensiallı müxtəlif nanostrukturlarda elektronların optik və termodinamik xassələrinin nəzəri tədqiqinə həsr olunub. Yarımkeçirici kvant halqasında və nöqtəsində xüsusi istilik tutumu, kvant halqasında elektronların və qarşılıqlı təsirdə olmayan maqnit əlavə edilmiş yarımkeçirici kvant halqa qəfəsinin maqnit momenti tədqiq edilmiş, kvant halqda Aharonov-bohm paramaqnitizmi və kompensasiya nöqtələri araşdırılmış, kvant məftil, kvant nöqtə və kvant nöqtə ifrat qəfəslərində alt zonalararası, alt zonadaxili və zonalararası optik udulma tədqiq edilmişdir.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026