BDU-nun Fizika fakültəsində “Elm günü”nə həsr olunmuş elmi seminar

23/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş elmi seminar keçirilib.

Fakültənin III kurs tələbəsi Zeynəb Məmmədzadə “Kvant ölçü effektləri” mövzusunda məruzə edərək kvant-ölçü effektinin mahiyyəti və təsiri haqqında məlumat verib. O, kosmik şüaların Yer atmosferinə daxil olması nəticəsində zərrəciklərin yaranması və bu prosesin Yer səthinə çatan radiasiyaya təsiri məsələlərinə toxunub.

Fakültənin II kurs tələbəsi Aynur Həsənova isə “Kosmik şüalar və Yerin müdafiəsi” mövzusunda çıxış edib. Məruzədə kosmik şüaların atmosferdə yaratdığı proseslər və Yerin təbii qoruyucu mexanizmlərinin bu şüalara qarşı rolu izah olunub.

Tədbir kvant fizikası və kosmik radiasiya sahələrində maraqlı elmi müzakirələrlə yadda qalıb, sonda iştirakçıların sualları cavablandırılıb.

Seminarın sonunda Fizika fakültəsinin dekanı, professor Bəxtiyar Paşayev məruzəçilərin çıxışlarını yüksək qiymətləndirib və onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026