BDU-nun Fizika fakültəsində elmi seminar

02/03/2022

Bakı Dövlət Universitetinin Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov “Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun optik lifli eşelle spektroqrafı – ShaFES” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi spektroqrafın optik sxemi, əhəmiyyəti, üstünlükləri və tətbiq sahələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, yüksək ayırdetmə qabiliyyətinə (λ/Δλ=55000 və 27500) malik bu spektroqraf səma cisimlərinin yüksək ayırdedilən spektrlərini almağa imkan verir. Spektroqrafda işıq qəbuledicisi kimi ölçüsü 4000 x 4000 piksel olan, maye azotla soyudulan böyük CCD kameranı istifadə etməklə spektrin çox geniş dalğa uzunluğu oblastını (λ 3600- 9000Å) eyni zamanda 1 kadrda almaq mümkün olur. Spektroqrafda müşahidə zamanı 2 metrlik teleskopda ulduzun izlənmə prosesi avtomatlaşdırılır və xəyal birbaşa olaraq müşahidə otağındakı monitora ötürülür.

Spektroqraf tərpənməz və qapalı olduğuna, həmçinin tədqiq olunan obyektin və kalibrləmə lampalarının işığının eyni kanalla verildiyinə görə instrumental sürüşmələr olmur və spektral parametrlərin ölçmə dəqiqliyi çox yüksək olur (məsələn, radial sürətlərdə ~±10 m/s, ekvivalent eni 1-5 % dəqiqliklə təyin etmək olur). Ulduz atmosferinin kimyəvi tərkibinin yüksək dəqiqliklə təyin olunması dəyişən ulduz spektrlərində spektral xətlərin profillərinin dəyişməsinin və astroseysmoloqiyanın araşdırılmasına, ulduzların radial sürətlərinin yüksək dəqiqliklə təyin olunması yeni qoşa və çoxqat ulduzların və ekzoplanet sistemlərin tapılmasına imkan verər. O cümlədən, ulduz spektroskopiyası sahəsində unikal tədqiqatlar aparmağa, beynəlxalq əlaqələri inkişaf etdirməyə və qrant layihələrinin Rəsədxanaya gətirilməsinə şərait yaradar.

Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xəbərlər

BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi

BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
28/10/2025

BDU-da “Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar təşkil olunub.
28/10/2025

BDU-nun dosenti Ərzurumda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

BDU-nun dosenti Ərzurumda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib
28/10/2025