BDU-nun Fizika fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

21/12/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan dekan, professor Məhəmmədəli Ramazanov Elmi Şuranın yeni seçilmiş üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Dekan Fizika fakültəsində bakalavr səviyyəsində tədris olunan bütün fənnlərin proqramlarının toplu şəklində çap olunduğunu nəzərə çatdırdıqdan sonra fakültənin 2018-ci il üçün elmi hesabatını təqdim edib. O, bildirib ki, hesabat ilində beş qrant layihəsi üzrə işlər davam etdirilib, bu layihələr çərçivəsində fakültənin bir sıra əməkdaşları xarici elmi mərkəzlərdə və universitetlərdə elmi ezamiyyətlərdə olublar. 2018-ci ildə fakültədə 1 beynəlxalq, 1 respublika elmi konfransı keçirilib, 285 məqalə (o cümlədən respublika jurnallarında 143, “D” kateqoriyalı (digər agentliklər tərəfindən indekslənən) jurnallarda 42, Web of Science Clarivate Analytics sisteminə daxil olan jurnallarda 74 məqalə (o cümlədən, “A” kateqoriyalı jurnallarda 12, “B” kateqoriyalı jurnallarda 22, “C” kateqoriyalı jurnallarda 40 məqalə) çap olunub. Professor M. Ramazanov qeyd edib ki, bütövlükdə universitet fizikləri 2018-ci ildə 25 məqalə A kateqoriyalı, 37 məqalə B kateqoriyalı, 51 məqalə C kateqoriyalı jurnallarda, bütövlükdə bu günə kimi Web of Science Clarivate Analytics sisteminə daxil olan jurnallarda  123 məqalə dərc etdiriblər. Fizika fakültəsində elmi mühitin formalaşması istiqamətində ciddi işlər aparılır və bakalavr səviyyəsində Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə elmi seminarlar təşkil olunur və bu seminarlara fakültədə istedadlı tələbələr cəlb edilir. Ayda iki dəfə magistrantların elmi seminarları, ayda bir dəfə professor-müəllim heyətinin elmi seminarları keçirilir. Elmi hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub

Qeyd edək ki, Fizika fakültəsinin Elmi Şurasının katibi vəzifəsinə professor Rəna Qasımovanın namizədliyi irəli sürülüb və Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Cari məsələlər müzakirə edildikdən sonra Elmi Şuranın iclası başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2018-ci il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024