BDU-nun Fizika fakültəsində işığın qeyri-xətti qarşılıqlı təsir prosesləri müzakirə olunub

27/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib.

Seminarda Optika və molekulyar fizika kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Nəzakət Kərimli “İşığın koherent anti-Stokes səpilməsi zamanı qeyri-xətti qarşılıqlı təsir prosesinin optimal parametrləri” mövzusunda məruzə edib. Məruzəçi bildirib  ki, son 20 ildə aparılan elmi araşdırmalar Raman sprektroskopiyasının noninvaziv, zədələyici olmayan tədqiqat metodu olduğundan xəbər verir. Proses işığın mühitdən qeyri-elastiki səpilməsi zamanı mühitin, yəni bioloji obyektlərin spesifik elementlərinin, həmçinin dərman maddələrinin tərkib hissələrinin araşdırılmasına imkan verir. Bu baxımdan qeyri-xətti proseslərdən olan koherent anti-Stokes dalğasının səpilməsi tədqiqat obyekti olaraq  maraq doğurur.

Tədqiqatın məqsədi analitik yolla koherent anti-Stokes dalğasının qeyri-xətti mühitə səpilməsi prosesinə təsir edən parametrləri müəyyən etməkdir. Təhlil sabit intensivlik metodu ilə aparılıb. Qeyri-xətti prosesin effektivliyinə təsir edən dalğaların özü ilə və çarpaz qarşılıqlı təsirinə də baxılıb. Müəyyən edilib ki, qarşılıqlı təsirdə olan digər dalğalara nisbətən güclü olan doldurma dalğasının intensivliyini dəyişməklə çıxış anti- Stokes dalğasının intensivliyini artırmaq və prosesi tənzimləmək mümkündür. Göstərilib ki, alınmış nəticələr kubik qeyri-xəttiliyə malik olan optik liflərdə istifadə oluna bilər.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026